XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

AY Partiya daha bir beyin mərkəzinin müsafiri olub
Siyasət13:07 25.11.2022

AY Partiya daha bir beyin mərkəzinin müsafiri olub

Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyətinin üzvləri Vasif İsmayıl, Rəşad Bakuvi, Aynur Qəzənfərqızı və Gülşən Hacıyeva Ankarada Qafqaz Araşdırmalar Mərkəzinin Başqanı professor Həsən Oqtay ilə görüşüblər. 
Qaynarinfo xəbər verir ki, görüşdə region və dünyada gedən proseslər, bu olayların Türk Dünyasına təsiri barədə geniş və dərin müzakirələr aparılıb. Qeyd olunub ki, Türk Dövlətləri, xüsusilə Türkiyə və Azərbaycan Rusiya-Ukrayna savaşı, İranda baş verən olayların nəticəsinə hazır olmalıdır. Çünki bu proseslər yeni dünya düzəninin qurulmasına ciddi təsir göstərəcək. 
Söhbət zamanı müxtəlif rəgional mövzulardan danışılıb, sonda xatirə şəkilləri çəkdirilib.