Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc
oyunları operatoru "Azərlotereya” 2025-ci
ildə də çox sayda qazanılan böyük uduşlarla yadda qalıb.
Ötən il "Azərlotereya”nın tirajlı lotereya, "Poz-Qazan”
və "ePoz-Qazan” oyunları üzrə 267 böyük uduş qazanılıb. Onlardan 172-i
"Poz-Qazan”, 29-u tirajlı, 66 ədədi isə "ePoz-Qazan” oyunlarının payına düşüb.
2025-ci ilin ən böyük uduşu - 500 000 manat "Prestij”də
qazanılıb. Bu, "Poz-Qazan” oyunlarının tarixində ən böyük uduş hesab edilir.
Digər "Poz-Qazan” oyunlarında uduşlar bol olub. 1
biletdə 200 000, 6 biletdə 100 000, 1 biletdə 75 000, 16 biletdə 50 000, 2
biletdə 30 000, daha 18 biletdə 25 000, 94 biletdə 10 000, 27 biletdə 5 000, 5
biletdə 5 555, 1 biletdə isə 3 000 manat qazanılaraq şanslı qaliblərinə
qovuşub.
Ötən il tirajlı lotereyalar arasında da böyük uduşlar
qeydə alınıb. 3 nəfər "Super
Keno”dan 100 000, 10 nəfər isə "Beşdə 5” lotereyasından
50 000 manat qazanıb.
"ePoz-Qazan” oyunları da müxtəlif uduşlarla sahiblərini
sevindirib. Ən böyük uduşlar isə "Qol Qazan” və "20X”də olub.
Ötən il bu oyunlarda 2 nəfər 50 000 manat udub. Həmçinin "20X”da 3 nəfər 20 qəpiyə
20 000 manat, 1 nəfər isə "100X” oyunundan
36 346 manat qazanıb.
"Azərlotereya”nın
təqdim etdiyi bir-birindən maraqlı şans oyunlarında bu il də 5 000-dən 1 milyon
manatadək böyük uduşlar, eləcə də "4+4” tirajlı lotereyasında 1 300
000 manatdan çox cekpot sahiblərini gözləyir.
Biletləri"Azərlotereya” satış nöqtələri, "Misli” məntəqələri, "Azərpoçt"şöbələri,
"Araz” və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək
mümkündür.
Şərhlər