XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Baş nazir İsa Həbibbəylinin oğlu ilə bağlı sərəncam imzaladı (FOTO)
Ölkə08:48 28.02.2024

Baş nazir İsa Həbibbəylinin oğlu ilə bağlı sərəncam imzaladı (FOTO)

Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə Ərəstü İsa oğlu Həbibbəyli təsdiqlənib. 
Qaynarinfo-nun məlumatına görə, bu barədə baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Qeyd edək ki, Ərəstü Həbibbəyli bir neçə il idir sözügedən şöbədə müdir vəzifəsini icra edirdi. 
Ərəstü Həbibbəyli 1980-cı ildə Naxçıvan şəhərində anadan olub. 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində çalışıb, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub. 9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi vəzifəsində çalışıb. 
Ərəstü Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin oğludur.
Əhməd