"Bolt”
şirkəti onu boykot edən taksi sürücülərinin profillərini bloklayıb.
Bu barədə
Qaynarinfo-ya boykot kampanyasının təşkilatçısı Nicat Məmmədov bildirib.
O qeyd
edib ki, şirkət problemləri həll etmək əvəzinə sürücülərlə prinsip aparır. "Ortada
bir çox problemlər var və bu problemlər həm sürücülərə həm də müştərilərə mənfi
təsir göstərir. Biz də bu problemlərin həlli istiqamətində etirazımızı
bildiririk amma bunlar problemi həll etmək əvəzinə diktaturalıq edirlər. Açıq
aşkar deyirlər ki, ölkədə taksi sahəsində qanunsuzluqdur, özbaşınalıqdır və biz
də bundan istədiyimiz kimi istifadə edirik.
Boykotun
təşkilatçısı kimi sürücülərə qarşı olan bu özbaşınalığa görə sürücülərin
yaşadığı çarəsizliyi, maddi çətinliklərini ağır bir yük kimi öz üzərimdə hiss
edirəm. Hüquqşünaslardan, media qurumlarından, aktivistlərdən xahiş edirəm bu məsələdə
mənə köməkçi olsunlar”, - deyə aksiyanın təşkilatçısı əlavə edib.
Taksi
sürücüləri boykot kampaniyasına mayın 27-dən start veriblər. Həmin gün saat
17.00-dan 19.00-a kimi "Bolt” ilə çalışan taksi sürücüləri profillərini
bağlayaraq şirkəti boykot ediblər. Nicat Məmmədov bildirib ki, kampaniya
problemlər həllini tapana qədər davam edəcək. O həmçinin qeyd edib ki, hər dəfə
aksiyanın vaxtı artırılacaq. Yəni, ilkin olaraq 2 saatlıq aksiya növbəti mərhələlərdə
daha çox müddəti əhatə edəcək.
"Bolt”
şirkətindən problemlə əlaqədar hər hansı şərh almaq mümkün olmayıb.
Seyid
Şərhlər