XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Cüdoçumuz "Böyük dəbilqə" turnirinin qızıl medalını qazandı
İdman18:34 04.11.2022

Cüdoçumuz "Böyük dəbilqə" turnirinin qızıl medalını qazandı

Azərbaycan cüdoçusu Balabəy Ağayev paytaxtımızda keçirilən "Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb.

Qaynarinfo xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz final görüşündə ukraynalı idmançı Dilşot Xalmatovu məğlub edib.
Digər idmançımız Kəramət Hüseynov (60 kq) isə üçüncü yer uğrunda qarşılaşmada ispaniyalı Fransisko Qarriqosa qalib gələrək bürünc medal qazanıb.