XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Dərbənd teatrı Bakıda "Oğru"nu oynayacaq
Sənət07:43 29.11.2024

Dərbənd teatrı Bakıda "Oğru"nu oynayacaq

Bakıda Dərbənd Azərbaycan Dövlət Dram Teatrının 120 illik yubileyi qeyd olunacaq.
Bu barədə Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, Dərbənd Dövlət Dram Teatrının Baş rejissoru Sərvər Əliyev məlumat verib. 
O bildirib ki, yubiley mərasimi Rus Dram Teatrında baş tutacaq:
"Teatrın kollektivi dekabrın 2-də Bakıya gələcək. Heyət yubiley münasibəti ilə teatrın repertuarında olan "Oğru” tamaşasını təqdim edəcək. Bundan sonra rayonlara  qastrol səfərlərinə gedəcəyik. Səfərlərimiz dekabrın 14-ə kimi davam edəcək”. 
Bahar Rüstəmli