XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Dünya ulduzu "Qalatasaray"ın transfer hədəfində
İdman09:39 15.12.2024

Dünya ulduzu "Qalatasaray"ın transfer hədəfində

"Qalatasaray" ulduz futbolçunu heyətinə cəlb etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" "Liverpul"un oyunçusu Federiko Kyezanın transferini planlaşdırır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Mövsümün əvvəlində "Yuventus"dan Premyer Liqaya keçən futbolçu İngiltərə klubunda istədiyi qədər oynamaq şansı qazanmır. 
Sadəcə 3 matçda meydana çıxan Kyeza cəmi 78 dəqiqə oyunda olub. Həmin müddət ərzində də nə qol vurmağı, nə də məhsuldar ötürmə verməyi bacarmayıb.