XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Əli Mirəliyev başına gələn hadisədən danışdı: "Zəncir dolaşdı, dedim həyat bitdi..."
Ölkə11:31 08.05.2025

Əli Mirəliyev başına gələn hadisədən danışdı: "Zəncir dolaşdı, dedim həyat bitdi..."

Müğənni Əli Mirəliyev bir müddət əvvəl başına gələn hadisədən danışıb.
Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, iti bağladığı zaman zənciri ayağına dolaşıb:
"Axşamüstü idi, dedim iti bağlayım. İti bağladığım yerdə dartındı. O qaçdıqca zəncir də getdi. Zənciri tutmaq istəyəndə keçdi ayağıma. Sol ayağımda çanaq hissə sındı. Dedim vəssalam, həyat bitdi, ağrıdan tərpənə bilmirdim". 
Əli Mirəliyev gözünü xəstəxanada açdığını vurğulayıb:
"Əməliyyat olundum, bir müddət xəstəxanada qaldım, sonra həkimlər evə yazdı. Qızımgildəyəm, həkimlər hələ işə çıxmağıma icarə vermir".
Bahar Rüstəmli