XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu: "Dostuq"
Maqazin06:52 23.05.2024

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu: "Dostuq"

"Mənim sevən vaxtım çoxdan keçib. Artıq qatarım gedib. Zarafatla bir söz demişəm, aləm dəyib bir-birinə".
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Əlikram Bayramov həmkarı Mənzurə Musayevaya ünvanladığı "Səni sevirəm” mesajına aydınlıq gətirərkən deyib. 
Sənətçi Mənzurə Musayeva ilə ailəvi dost olduqlarını bildirib:
"Dostuq. Biz onlara, onlar da bizə gəlib-gedir. Qardaşı da yaxın dostumdur. Sevən vaxtım keçib. Mənim kiməsə mesaj yazan vaxtlarım deyil, nəvələrim var. Mənzurə mənim evimə gəlib-gedən adamdır". 
Əlikram Bayramov həyat yoldaşına sadiq olduğunu qeyd edib:
"Bir sevgim olub, o da həyat yoldaşım".
Qeyd edək ki, müğənni Əlikram Bayramov verilişlərin birindən həmkarı Mənzurə Musayevaya mesaj göndərib. Müğənni həmkarını sevdiyini  açıqlayıb: "Mən Mənzurəni sevirəm. Nə var ki, burada? Sevgi azaddır". 

Bahar Rüstəmli