XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

“Əməliyyat üçün 25 min dollar lazımdır” - Allahverdi Yolçuyev
Sənət06:43 30.03.2024

“Əməliyyat üçün 25 min dollar lazımdır” - Allahverdi Yolçuyev

"Sənət adamı, aktyor üçün təqaüdə çıxmaq olmamalıdır. Həmin adam səhnədən alqışlarla yola salınmalıdır". 
Qaynarinfo Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Allahverdi Yolçuyev "Zaurla Günaydın" proqramında deyib. O, sənət adamlarının təqaüdə göndərilməsini tənqid edib. 
Parkinson xəstəliyindən əziyyət çəkən A.Yolçuyev "Müayinə edilir, 2 ildir həkim nəzarətindəyəm. İnkişafın qarşısı alınır. Birdəfəlik müalicəsi yoxdur. Amma Almaniyada əməliyyat olunmaq olur. Beynə çip yerləşdirirlər, qiyməti 50 min dollardır. Amma Türkiyədən bir professor gəlmişdi, 25 min dollar istədi. O da çıxdı getdi".
Aparıcı Zaur Baxşəliyev isə Azərbaycanda bu əməliyyatı edən  həkim olduğunu, aktyoru reklam qarşılığında əməliyyat etdirmək istədiyini söyləyib.