XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Everton"un daha iki xalı silindi
İdman13:48 09.04.2024

"Everton"un daha iki xalı silindi

İngiltərə klubu "Everton"un daha iki xalı silinib. 
Qaynarinfo-nun məlumatına görə, buna səbəb Liverpul klubunun maliyyə feyr-pleyi qaydalarını pozması olub.
Premyer Liqadan verilən açıqlamada sözügedən cəzanın 2022-2023 mövsümündə maliyyə qaydalarını pozduğu üçün "Everton"a verildiyi bildirilib. Buna qədər 29 xalla liqada 15-ci yerdə olan "Everton" 16-cı pilləyə (27 xal) düşüb.
"Everton"un ötən il 10 xalı silinmişdi.  Ancaq klubun etirazlarından sonra cəza altı xala endirilib. 
Səbuhi Həsənov