XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

FIFA prezidentinə qarşı açılmış istintaqla bağlı yekun qərar çıxarıldı
İdman10:13 09.03.2023

FIFA prezidentinə qarşı açılmış istintaqla bağlı yekun qərar çıxarıldı

2017-ci ildə FIFA prezidenti Canni İnfantinoya qarşı açılan "şəxsi təyyarə" istintaq faylı bağlanıb.
Qaynarinfo-nun məlumatına görə, İsveçrə Baş Prokurorluğunun FIFA prezidenti İnfantinonun xərcləri qurum tərəfindən qarşılanan şəxsi təyyarə ilə getməsi "işi" bağlanıb.
FIFA Müstəqil Etika Komitəsinin İstintaq Komissiyasının 19 avqust 2020-ci ildə İnfantinonun günahsız olduğu qənaətinə gəldiyini xatırladıb. İstintaqla bağlı xərclərin İsveçrə dövləti tərəfindən qarşılanacağı və İnfantinonun heç bir təzminat tələb etməyəcəyi bildirilib. 
Prezident 2017-ci ildə FIFA tərəfindən maliyyələşdirilən şəxsi təyyarə ilə Surinamdan Cenevrəyə uçmaqda ittiham olunurdu.
Səbuhi Həsənov