"Bütün ali məktəbləri bitirən, həmçinin həm bakalavr, həm
də subbakalavr məzunlarından ciddi imtahan götürülməsinin tərəfdarıyam. Hansı
adla olur-olsun, imtahan mütləq olmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq millət vəkili, təhsil
eksperti Şahlar Əsgərov bu il bakalavr, subbakalavr ali məktəb məzunlarına dövlət
imtahanının salınması ilə bağlı yaranan narazılıqlara aydınlıq gətirərkən
deyib.
Ekspert məzunlar üçün imtahanın çox vacib prosedur olduğunu
vurğulayıb:
"Mənim bu proseslərə münasibətim, baxışlarım fərqlidir.
Güman edirəm ki, həm bakalavr, həm də subbakalavr səviyyəsində girişdə deyil,
çıxışda imtahan olmalıdır. Bu nədir? Bütün orta məktəbi bitirən gənclərə imkan
verməliyik ki, onlar ali məktəblərə qəbul oluna bilsinlər. Ona görə ali məktəblər
giriş qapılarını geniş açmalıdır. Amma ali məktəbi bitirən məzunlar cəmiyyətə
mütəxəssis olaraq qatılır. Dövlətin adından ali məktəb hər bir məzununa diplom
verir”.
Sabiq millət vəkili bildirib ki, dövlətin verdiyi diplomun
arxasında bilik dayanır:
"Buna görə də həm bakalavr, həm də subbakalavr bitirən
hər bir məzun imtahan verməlidir”.
Bahar Rüstəmli
Şərhlər