İtaliyanın "Roma" klubunun keçmiş kapitanı Françesko Totti çirkli pulların yuyulmasına qarşı mübarizə idarəsinin işi üzrə təqsirləndirilən şəxs olub.
Qaynarinfo xəbər verir ki, hüquq-mühafizə orqanlarının əfsanəvi futbolçuya qarşı şübhələri barədə "La Verita” nəşri məlumat
yayıb.
Mənbənin sözlərinə görə, Tottinin bank hesablarından "şübhəli əməliyyatlar” aparılıb. 2022-ci ilin avqustunda müstəntiqlərin məlumatına görə, əri Tottinin dostu sayılan italyan qadına 80 min avro faizsiz kredit verilib. Həmin gün pulun eks-futbolçunun özünə köçürüldüyü iddia edilir.
Sonrakı yoxlamalar onlayn mərc şirkətlərindən çoxlu pul köçürmələrini aşkar edib.
Tottinin hazırda 46 yaşı var və 2017-ci ildə təqaüdə çıxıb.
2020-ci ildə onun adı çirkli pulların yuyulması fəaliyyətlərinin təhqiqatında da görünüb - sonra əməliyyatlar kazino ilə əlaqələndirilib.
Alpər
Şərhlər