XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Lyuk"a düşən şəxsin kimliyi müəyyənləşdi (YENİLƏNİB/VİDEO)
Ölkə11:30 27.06.2025

"Lyuk"a düşən şəxsin kimliyi müəyyənləşdi (YENİLƏNİB/VİDEO)

Kanalizasiya "lyuk"una düşən şəxsin kimliyi müəyyənləşib. 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu, 1997-ci il təvəllüdlü Cümşüdlü Cümşüd Qalib oğludur.
14.23
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Qaynarinfo xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.
11.30
Bakıda yol gedən kişi kanalizasiya "lyuk"a düşüb. 
Qaynarinfo-nun məlumatına görə, hadisə Nərimanov rayonunda, "Baksol" deyilən yolda baş verib. 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və müvafiq qurumların əməkdaşları cəlb edilib. İki gündür axtarılan şəxs tapılmır.
***
 
Hadisə baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib, "lyuk"dan su çəkilsə də, insan faktoru aşkarlanmayıb.
Aydın