XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Mariupolda Moskvanın təyin etdiyi polis rəisinin avtomobili partladıldı
Dünya10:22 27.03.2023

Mariupolda Moskvanın təyin etdiyi polis rəisinin avtomobili partladıldı

Mariupolda Rusiya hakimiyyətinin təyin etdiyi şəhər polis idarəsinin rəisinə sui-qəsd olub. 
Qaynarinfo xəbər verir ki, TASS-ın qondarma "DXR”-in güc strukturlarındakı mənbəyə istinadən verdiyi məlumata görə, Mixail Moskvinin maşını ondan bir neçə metr aralıda partlayıb.
"Mariupol müqaviməti işğal olunmuş Mariupolda yüksək səviyyəli hərbçilərdən birinin avtomobilini partladıb. Təfərrüatlar gələcək”, - Ukraynanın Mariupol meri Vadim Boyçenko təsdiqləyib.
Agentliyin mənbəsinin sözlərinə görə, Moskvin yüngül beyin silkələnməsi alıb, lakin onun həyatına heç bir təhlükə yoxdur. Hazırda hüquq-mühafizə orqanları hadisəni törədənləri müəyyənləşdirməyə çalışırlar. 
UNİAN agentliyinin məlumatına görə, insident səhər saat 8:07-də Mariupolun Primorski rayonundakı Baxçıvancı bazarının yaxınlığında baş verib. İlkin məlumatlara görə, bomba Moskvinin maşınına qoyulub.
Nizami Bağırov