XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Messi "İnter Mayami"dən gedəcək?
İdman07:49 10.12.2023

Messi "İnter Mayami"dən gedəcək?

MLS rəhbəri Don Qarber Lionel Messinin "İnter Mayami"də qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırıb.
Qaynarinfo bu barədə ESPN-ə istinadən xəbər verir. 
Qarber argentinalı futbolçunun 2025-ci ilə qədər olan müqaviləsi başa çatdıqdan sonra liqada qalacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Messi iki il PSJ-də oynadıqdan sonra 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. O, ABŞ klubunda keçirdiyi 14 oyunda 11 qol vurub və 5 məhsuldar ötürmə edib. "İnter Mayami" MLS-in başa çatan mövsümündə pley-offa çıxa bilməyib.
Aydın