XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Millət vəkili Yeni ili Türkiyədə xəstəxanada qarşılayıb
Ölkə10:25 02.01.2023

Millət vəkili Yeni ili Türkiyədə xəstəxanada qarşılayıb

Milli Məclisin üzvü Vahid Əhmədov Türkiyəyə müalicəyə gedib.
Bizim.Media-nın deputatın özündən aldığı məlumata görə, o, tətil günlərindən istifadə edərək ürək əməliyyatından sonra təkrar müayinədən keçmək qərarına gəlib:
"Elə bir narahatlıq yoxdur, yaxşıyam. Hər il yoxlanılmağa gedirəm, indi də ona görə gəlmişəm. Yüngül müalicədəyəm”.
Millət vəkili fürsətdən istifadə edərək, Azərbaycan xalqına Yeni il təbriklərini də çatdırıb:
"Hamını təbrik edirəm, 2023-cü il Azərbaycan xalqı üçün çox düşərli olsun. Hər birinizə cansağlığı arzulayıram”.