XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Minifutbol-2025: Daha iki komanda 1/8 finalda
İdman17:38 26.05.2025

Minifutbol-2025: Daha iki komanda 1/8 finalda

Daha iki komanda Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.
Qaynarinfo-nun məlumatına görə, Bosniya və Herseqovina ilə Polşa millisi bu raundda iştirak hüququ əldə ediblər.
Tərəflər F qrupunun III turunda üz-üzə gəliblər. Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.
Xallarının sayını 5-ə çatdıran hər iki komanda növbəti raunda yüksəlib.
F qrupunun Qazaxıstan - ABŞ matçı saat 20:45-də başlayacaq. Hər iki kollektivin 1 xalı var.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.