XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Müğənni qəzaya düşdü: "5 min manat ziyan dəyib"
Maqazin12:45 06.11.2025

Müğənni qəzaya düşdü: "5 min manat ziyan dəyib"

Müğənni Mənzurə Musayeva keçirdiyi avtomobil qəzasından danışıb. 
O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, avtomobilinə 5 min manatdan çox ziyan dəyib:
"Axşam maşını vurdum, bir tərəfi yoxdur, əzilib. Günah digər sürücüdə oldu, yoluma keçdi. Avtomobilim sığortalıdır. Dəyən ziyanı sığorta şirkəti hesablayacaq".
Mənzurə Musayeva səhhəti ilə bağlı hər şeyin yaxşı olduğunu bildirib:
"Gələn maşına gəlsin, özümə bir şey olmasın. Mal-mülk yerinə gələcək".
Xatırladaq ki, müğənni Mənzurə Musayeva ötən gecə avtomobil qəzası keçirib.
Bahar Rüstəmli