XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Namik Ələskərov Türkiyə çempionatının ən dəyərli futbolçuları arasında
İdman16:23 20.08.2021

Namik Ələskərov Türkiyə çempionatının ən dəyərli futbolçuları arasında

Futbol üzrə Türkiyə I liqasında 2021/2022 mövsümünün ən dəyərli futbolçularının siyahısı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, ən bahalı "20-lik"də bir müddət öncə "Neftçi"ni "Bursaspor"a dəyişən Namik Ələskərov da yer alıb.
750 000 avro məbləğində qiymətləndirilən 26 yaşlı yarımmüdafiəçi 17-ci pillədə qərarlaşıb. Siyahıya Bursa təmsilçisinin ümumilikdə 6 oyunçusu düşüb.
Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la 2 illik müqavilə imzalayıb.