XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Nemət Pənahlı taleyi ilə barışıb: "İmkanımız yoxdur..."
Siyasət10:48 24.07.2023

Nemət Pənahlı taleyi ilə barışıb: "İmkanımız yoxdur..."

Azərbaycan Milli Dövlətçilik Partiyası yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etməyib. Bunu Qaynarinfo-ya açıqlamasında sözü gedən partiyanın sədri Nemət Pənahlı deyib. 
Sədr bildirib ki, sənədləri Ədliyyə Nazirliyinə göndərmək üçün qurultay keçirilməlidir: 
"Ona da bizim nə imkanımız, nə də həvəsimiz var. Nazirliyin bizi tanıyıb-tanımamasından asılı olaraq, biz fəaliyyətmizi davam etdiririk. Ləğv olunan partiyaların arasında bizim partiyanın adı yoxdur”. 

Bahar Rüstəmli