XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Niger hərbçiləri devrilmiş prezidentin təhlükəsizliyinə cavabdehdirlər - Blinken
Dünya08:22 11.08.2023

Niger hərbçiləri devrilmiş prezidentin təhlükəsizliyinə cavabdehdirlər - Blinken

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Birləşmiş Ştatlar Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) liderlərinin hərbi çevrilişdən sonra Nigerdə vəziyyətin nizamlanması üzrə səylərini dəstəkləyir. Onun sözlərinə görə, Vaşinqton hakimiyyətə gələn hərbçilərə xəbərdarlıq edib ki, onlar devrilmiş prezident Məhəmməd Bazumun təhlükəsizliyinə cavabdehdirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant məlumat yayıb.
"Qərbi Afrika ölkələrini birləşdirən ECOWAS konstitusiya quruluşuna qayıtmağın zərurətini izah etməkdə əsas rol oynayır və biz ECOWAS rəhbərliyini çox dəstəkləyir, bunun üzərində işləyirik”, - Blinken  Meksikanın xarici işlər naziri Alisia Barsena ilə mətbuat konfransında deyib.
Blinken əlavə edib ki, Amerika hakimiyyəti Bazumdan, "onun ailəsi, təhlükəsizliyi və rifahından” narahatdır. "Biz ordunun rəhbərliyinə də açıqladıq ki, onların təhlükəsizliyi və rifahı üçün onları məsuliyyətli hesab edəcəyik”, - dövlət katibi bildirib.
Xatırladaq ki, iyulun 27-də Niger Prezident Qvardiyasının hərbçiləri Məhəmməd Bazumun hakimiyyətdən uzaqlaşdırıldığını elan ediblər. O, ABŞ və digər ölkələri ölkədə asayişin bərpasına kömək etməyə çağırıb. Dünən, avqustun 10-da ECOWAS ölkələri Nigerdə "mümkün qədər tez" hərbi əməliyyata başlamaq barədə razılığa gəliblər. Hərbçilər müdaxilə olduğu halda prezidenti öldürəcəkləri ilə hədələyiblər.
Nizami Bağırov