XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ötən il Azərbaycanda bir uşağa Ronaldo adı verildi
Ölkə12:18 16.03.2026

Ötən il Azərbaycanda bir uşağa Ronaldo adı verildi

Ötən il Azərbaycanda doğulan bir körpəyə tanınmış futbolçunun adı verilib.
Qaynarinfo-nun "Unikal"a istinadən məlumatına görə, 2025-ci ildə 1 uşağa Ronaldo adı verilib.
Əvvəlki illərdə də bir neçə körpəyə məşhur futbolçuların - Zidan, Messi, Neymar və digərlərinin adı qoyulub.
Qeyd edək ki, 41 yaşlı portuqaliyalı hücumçusu Kriştianu Ronaldu hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir.