PSJ-nin sahibi Nasser Əl Xelaifi son illərdə "Barselona"nın ən önəmli ulduzlarını Parisə gətirməklə diqqət çəkib.
Qaynarinfo xəbər verir ki, Neymar və Messi kimi futbolçular klubu tərk edərək Fransaya gedib.
PSJ-ni xəyalların komandasına çevirən qətərli bosslar bu dəfə də gözlərini La Liqaya dikib. Əl Xelaifi indi Barselona şəhərində olmaq arzusundadır. "Radio Marca"nın məlumatına görə, Qatar Sports Investment öz portfoliosunu İspaniyaya qədər genişləndirmək niyyətindədir. İddialara görə, investorlar Barselona şəhərinin digər təmsilçisi "Espanyol"u almaq istəyir. Sözügedən klubu bir müddət Çində yerləşən "Rastar” şirkəti idarə etsə də, sahibi Çen Yanşenq komandanı satışa çıxarıb. PSJ-nin sahibi Nasser Əl Xelaifi də La Liqa təmsilçisini almaq təklifi ilə çıxış edib.
"Espanyol"un satışı tamamlanarsa, qətərli investorlar La Liqada da kluba sahib olacaqlar.
Səbuhi Həsənov
Şərhlər