Rusiya lideri iyulun 13-də keçirilən Gələcək Texnologiyalar Forumunun plenar iclasından sonra jurnalistlərə açıqlama verib.
Qaynarinfo Kommersant-a istinadla
xəbər verir ki, söhbət zamanı o, Kremldə "Vaqner” komandirləri ilə görüşdən də danışıb .
Prezident görüşün iyunun 29-da baş tutduğunu və üç saat davam etdiyini təsdiqləyib.
"Rusiya cəmiyyəti üçün hər şey çox sadə və aydındır. Sıravi "Vaqner” əsgərləri ləyaqətlə döyüşürdülər, ona görə də... Onların bu hadisələrdə iştirak etmələri təəssüf doğurur... Bunu çox diqqətlə deyəcəyəm... - deyə Putin deyib. - Bir tərəfdən onlarla görüşdə onların döyüş meydanında etdiklərinə, digər tərəfdən 24 iyun hadisələri zamanı etdiklərinə qiymət verdim. Üçüncüsü, onların xidmətinin sonrakı davamı üçün mümkün variantları göstərdim. Olan budur”, - deyə prezident yekunlaşdırıb.
O, həmçinin əlavə edib ki, qanuni olaraq "Vaqner”çilər yoxdur. "Vaqner” artıq mövcud deyil. Bizdə özəl hərbi təşkilatlarla bağlı qanun yoxdur. Bu, sadəcə olaraq mövcud deyil”, - deyə Putin qeyd edib və əlavə edib ki, bu, "real leqallaşdırma ilə bağlı ayrıca məsələdir, lakin bu, Dövlət Dumasında, hökumətdə müzakirə edilməli olan məsələdir”. Ölkə liderinin sözlərinə görə, bu, "sadə məsələ deyil”.
Daha əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov görüşü açıqlayıb. O qeyd edib ki, "prezident "xüsusi əməliyyat” (Ukraynya ühcum. - Red.) zamanı şirkətin cəbhədəki fəaliyyətinə, eyni zamanda 24 iyun hadisələrinə də öz qiymətini verib. "Putin komandirlərin izahatlarını dinlədi və onlara işlə təmin olunmaq və əlavə məşğulluq variantları təklif etdi”, - Peskov bildirib.
Xatırladaq ki, iyunun 23-də "Vaqner”in təsisçisi Yevgeni Priqojin Moskvaya qarşı "ədalət yürüşü” elan etmişdi. Onun döyüşçüləri sərhədi keçərək, Rostov-Donda hərbi obyektlərə nəzarəti ələ keçirib və hərbi texnika və silahlarla Rusiyanın bir sıra bölgələrinə daxil olublar. Rusiya Federasiyasının hakimiyyəti Priqojinin hərəkətlərini silahlı üsyan adlandırıb. Vəziyyət iyunun 24-də Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə həll olunub. Müqavilənin şərtlərinə görə, Yevgeni Priqojin Belarusa getməlidir. Bundan sonra Rusiya hakimiyyəti üsyanla bağlı cinayət işinə xitam verib və "Vaqner” döyüşçülərini mühakimə etməyəcəyinə söz verib.
Alpər
Şərhlər