XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Qarabağ" Avstriyaya gedir
İdman13:00 05.06.2025

"Qarabağ" Avstriyaya gedir

"Qarabağ" klubu Avstriyada təlim-məşq toplanışında olacaq.
Bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, hazırlıq prosesi iki mərhələdən ibarət olacaq:
"İyunun 18-dək iyulun 2-dək Bakıda toplanış keçəcəyik. İyulun 16-dək isə yeni mövsümə Avstriyada hazırlaşacağıq. Yoxlama oyunlarındakı rəqiblər hələlik tam dəqiqləşməyib".
Qeyd edək ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi iyunun 18-də müəyyənləşəcək. Bu raundun ilk matçları 22-23 iyul, cavab qarşılaşmaları 29-30 iyulda gerçəkləşəcək.