XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Qarabağ" Belçikaya səfər planı bəlli oldu
İdman10:03 19.02.2023

"Qarabağ" Belçikaya səfər planı bəlli oldu

Konfrans Liqasının 1/16 final mərhələsi çərçivəsində "Gent”lə cavab görüşünü Belçikada keçirəcək "Qarabağ”ın səfər planı müəyyənləşib. 
Klubun mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Ağdam təmsilçisi fevralın 21-i saat 17:00-da Bakıdan yola düşəcək. 
"Köhlən atlar" Gentdə "Vandervalk" otelində məskunlaşacaq. 
Ayın 21-də yerli vaxtla 18:30-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, bundan yarım saat sonra komandanın son məşqi (ilk 15 dəqiqəsi mətbuata açıq) keçiriləcək. 
"Gent”lə matç fevralın 23-də Bakı vaxtı ilə 00:00-da "Qelamko" stadionunda keçiriləcək. Bakıdakı ilk matçda "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.