İyunun 23-24-də Rusiyada Yevgeni Priqojinin başçılığı ilə baş verən "Vaqnerçilər”in üsyanından sonra Rusiya təhlükəsizlik orqanlarında çaşqınlıq və danışıqlar dövrü başlayıb. Son bir neçə gün ərzində Rusiyada "Vaqner"in gələcəyi ilə bağlı müvəqqəti razılaşmalar formalaşmağa başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən "Twitter” səhifəsində məlumat
yayıb.
Kəşfiyyat məlumat verir ki, iyulun 12-də Rusiya Müdafiə Nazirliyi Priqojinin qrupuna tanklar da daxil olmaqla 2000 hərbi texnikanın təhvil verildiyini açıqlayıb. İyulun 15-nə olan məlumata görə, "Vaqner" döyüşçülərinin ən azı kiçik bir kontingenti Belarusdakı düşərgəyə yollanıb.
"Eyni zamanda, sosial şəbəkələrdə "Vaqner"lə əlaqəli bəzi qruplar Priqojinin muzdlularının Afrikadakı fəaliyyətini bərpa edtdiyini vurğulayıblar", deyə analitiklər qeyd edirlər.
"Rusiya rəsmilərinin son bəyanatlarına əsasən, dövlət yəqin ki, "Vaqner”in Afrika qitəsində geniş mövcudluğunu saxlamaq istəyini qəbul etməyə hazırdır”, deyə Britaniya Müdafiə Nazirliyi bildirib.
Aydın
Şərhlər