XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Səhərdən telefonum susmur... - Firəngiz Mütəllimova
Sənət12:20 01.05.2025

Səhərdən telefonum susmur... - Firəngiz Mütəllimova

Bu gün Xalq artisti Firəngiz Mütəllimovanın doğum günüdür.
66 yaşlı aktrisa Qaynarinfo-ya açıqlamasında onu təbrik edən hər kəsə təşəkkür edib:
"Yavaş-yavaş illəri yola veririk, əsas odur ki, keçən illərimizi sağlam yaşayaq. Səhərdən telefonum susmur, zəng-zəngə calanır. Sevənlərim məni unutmayıb, təbrik edən hər kəsə təşəkkür edirəm”.
Aktrisa Şuşaya köçməsini səbirsizliklə gözlədiyini bildirib:
"Nə vaxt köçəcəyimizlə bağlı məlumatsızam, evimiz Şuşada bərpa olunur.  İlk olaraq yaşayış yerləri olmayanlar, sanatoriyalarda qalanları köçürürlər. Köç qurtarsın, inşallah, biz də Şuşaya köçəcəyik. İşim Bakıdadır, gedib-gələcəyəm. Allah hamıya doğma yurdunda yenidən ev nəsib eləsin”.
Bahar Rüstəmli