Torpaqlarımızın
işğaldan azad edilməsi uğrunda qəhrəmancasına şəhid olan General Polad Həşimovun
xatirəsinə həsr olunan kitab "Elm – Təhsil” nəşriyyatında dərc olunub.
Bu haqda Qaynarinfo-ya "Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri, gəmi
kapitanı, şair-publisist Faiq Balabəyli məlumat verib.
"Sədri olduğum İctimai
Birlik şəhid generalın xatirəsinə yazılan əsərlərdən ibarət bir müsabiqə elan
etmişdi. Müsabiqə yekunlaşdı və qaliblər müəyyənləşdi. DSD İB-nin layihəsi olan
kitabda mərhum general haqqında yazılan şeirlər, hekayələr, esselər, məqalələr
və generalla bağlı müsahibələr yer alıb”, - birlik sədri deyib.
Qeyd edək ki, kitabın tərtibçisi
Faiq Balabəyli, redaktoru Hüseyn Sözlüdür.
Kitabda Azərbaycanın tanınmış imza sahiblərindən İbrahim Rüstəmli, Azər Turan,
Azad Qaradərəli, Afaq Şıxlı, İlham Tumas, Günel Mehri, Aydın Canıyev, Seymur
Şahzadə, Əyyub Qiyas, Ramiz Duyğun, Ülkər Nicatlı, Kəmaləddin Qədim, Ayxan
Ayvaz, Nicat Həşimzadə, Tural Balabəyli, Yusif Nəğməkar, Aysel Səfərli, Adilə Nəzər,
Xanım İsmayılqızı və digər müəlliflərin əsərləri yer alıb.
Bu yaxınlarda kitabın təqdimatı
və müsabiqə qaliblərinin mükafatlandırılması gerçəkləşəcək.
Şərhlər