XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tanınmış aparıcı AzTV-də işə başladı (VİDEO)
Ölkə06:48 05.06.2024

Tanınmış aparıcı AzTV-də işə başladı (VİDEO)

Tanınmış aparıcı Ceyhun Səfər Azərbaycan Televiziyasında (AzTV) işə düzəlib. 
Qaynarinfo xəbər verir ki, o bu barədə sosial media hesabında bildirib. 
C. Səfər ötən gündən telekanalın əsas xəbər buraxılışını təqdim edir. 
O, eyni zamanda "Azvirt” MMC-də də baş direktorun müşaviri vəzifəsində çalışmağa davam etdiyini vurğulayıb. 
Qeyd edək ki, C. Səfər buna qədər ATV, "Space” və "Baku TV”də çalışıb. "Tərəqqi” medalına sahibdir.