XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tatarıstandakı zavodda partlayış: 2 ölü, 72 yaralı var (VİDEO)
Dünya17:37 31.03.2026

Tatarıstandakı zavodda partlayış: 2 ölü, 72 yaralı var (VİDEO)

Rusiyanın Tatarıstan Respublikasında yerləşən "Nijnekamskneftexim" neft-kimya zavodunda baş verən partlayış nəticəsində 72 nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, hadisə zamanı iki nəfərin öldüyü bildirilir.
Məlumata görə, xəsarət alanlardan 8 nəfər xəstəxanaya yerləşdirilib, 64 nəfər isə yüngül xəsarətlər alıb.
Daha əvvəl üç nəfərin həlak olduğu barədə məlumat verilmişdi.