XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tottinin oğlunun yeni klubu müəyyənləşdi
İdman13:38 25.01.2024

Tottinin oğlunun yeni klubu müəyyənləşdi

İtaliyanın məşhur veteran futbolçusu Françesko Tottinin oğlu Kristian İspaniya klubu "Rayo Valyekano"ya keçib.
Qaynarinfo-nun məlumatına görə, Kristian mövsümün sonuna qədər İtaliya klubu "Frozinone"dən icarəyə götürülüb. 18 yaşlı gənc futbolçu klubun aşağı yaş qruplarında çıxış edəcək.
Totti oğlunu "Vallekas" idman kompleksindəki ilk günündə müşayiət edib və gənclərin, həmçinin əsas komandanın oyunçularının xatirə şəkli çəkdirmək istəyini yerinə yetirib. Kristian Tottinin ilk oğludur və "Frozinone"dən əvvəl "Roma"nın gənclərdən ibarət komandalarında oynayıb. 
İtaliya mətbuatının yazdığına görə, Kristian ispan klubunun aşağı yaş qrupuna keçsə də "Rayo Valyekano"nun əsas komandası ilə məşq edib.
Səbuhi Həsənov