XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

U-21 Avropa çempionatını məğlubiyyətlə bitirdi
İdman18:35 14.06.2022

U-21 Avropa çempionatını məğlubiyyətlə bitirdi

U-21 millimiz Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirib.
Qaynarinfo xəbər verir ki, Milan Obradoviçin komandası səfərdə Norveçlə üz-üzə gəlib. Drammen şəhərindəki "Marienlyst” stadionunda keçirilən görüş norveçlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin yeganə qoluna 66-cı dəqiqədə İldar Alekperov imza atıb.
Oyundan sonra xallarının sayını 24-ə çatdıran Norveç yığması 2023-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqəni təmin edib.
Azərbaycan millisi isə seçmə mərhələni 7 xalla 5-ci sırada bitirib.
Səbuhi Həsənov