XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

UFC-də yeni çempion müəyyənləşdi
İdman07:27 13.11.2022

UFC-də yeni çempion müəyyənləşdi

ABŞ-ın Nyu-York şəhərində - "Madison Square Garden” arenasında UFC 281 turniri keçirilib.
Qaynarinfo xəbər verir ki, əsas döyüş orta çəkidə (84 kq-a qədər) mübarizə aparan yeni zelandiyalı İsrael Adesanya ilə braziliyalı Aleks Pereyra arasında baş tutub.
Pereyra 5-ci raundda titulunu qorumaq istəyən rəqibini nokauta salaraq qələbə qazanıb və çempion olub. 
Qeyd edək ki, bu, özündən təcrübəli rəqibinin titulunu əlindən alan Pereyranın 8-ci döyüşü olub. "Sambaçı" çıxdığı qarşılaşmaların 7-də qələbə qazanıb.