Uşaq az bal toplayıb, valideynin gözlədiyi nəticəni verməyibsə, özünü asmalıdır? - Xalq artisti
"Uşaq az bal
toplayıbsa, valideynin gözlədiyi nəticəni verməyibsə, özünü asmalıdır? Bu
dayanmalıdır. Uşaqların üstünə getməməliyik”.
Qaynarinfo xəbər
verir ki, bunu Xalq artisti Tünzalə Ağayeva qəbul imtahanlarından az bal
toplayan və şiddətə məruz qalan abuturiyentlərin valideynlərinə səslənərkən
deyib. Sənətçi test imtahanlarında fəlakətlərin baş verdiyini deyib:
"Ay, sən niyə
400-500 bal yığmadın-filan, deməyin, uşaqdan əl çəkin. Bir soruşurmusunuz ki, uşaq
özünü necə hiss edir? Bu faciədir. Bəli, təhsil arxasınca getməlidir, işləməlidir”.
Şərhlər