XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Xalq artistlərinə “Əkinçi” diplomu niyə verilib? (AÇIQLAMA)
Sənət06:30 20.07.2023

Xalq artistlərinə “Əkinçi” diplomu niyə verilib? (AÇIQLAMA)

"Biz mətbuat işçilərinin tədbirlərində fəal iştirak edirik. Onlara mədəni xidmət göstəririk".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mənsum İbrahimov "Əkinçi” diplomu ilə təltif olunduğu üçün jurnalistlər tərəfindən tənqid olunmasına cavab verərkən deyib. 
O bildirib ki, həmin tədbirdə tək xanəndələr deyil, aparıcılar, aktyorlar və bir çox tanınan şəxslər mükafatlandırılıb: 
"Mən və Təyyar Bayramov "Əkinçi” diplomu ilə mükafatlandırıldıq. Biz o fotunu özümüz paylaşmışıq. Jurnalistlərin tədbirində iştirak edirik, eləcə də onlar bizim tədbirlərə qatılır. Sağ olsunlar ki, bizim zəhmətimizi qiymətləndirirlər. Bizi təbrik edən hər kəsə təşəkkür edirik”. 
Bahar Rüstəmli