Xəyanətə görə ailəsi dağılan məşhur italiyalı futbolçu Françesko Totti bununla bağlı fikirlərini bildirib.
Qaynarinfo xəbər verir ki, veteran futbolçu "Corriere Della Serra"ya danışıb. O, həyat yoldaşına çox güvəndiyini və xəyanət edəcəyini gözləmədiyini deyib:
"İlk xəyanət edən mən deyildim. Keçən ilin sentyabrında İlarinin həyatında birdən çox adamın olması ilə bağlı şayiələr yayıldı, amma bu, mənə qeyri-mümkün görünürdü. Yalnız güvəndiyim insanlardan xəbərdarlıq alanda İlarinin telefonuna baxdım və mesajları gördüm”.
"Roma"nın əfsanəsi hadisədən sonra depressiyaya düşdüyünü vurğulayıb:
"O mesajları gördükdən sonra hər şeyi içimə atdım. Heç kimə demədim, hətta 11 yaşımdan yanımda olan dostum Vito Skalaya belə. Mən buna göz yumanlardan deyiləm, amma məhəl qoymamağı seçdim. Ailəmi dağıtmamaq, uşaqları qorumaq üçün... İt kimi əzab çəkdim. İlari mənə deyəndə bu il Milanda bir az daha qalacam, Romaya get, inanırdım... Ümid edirdim ki, şayiələr doğru deyil. Sonra həqiqəti öyrəndim və bu məni depressiyaya saldı. Daha yata bilmirdim".
Sabiq futbolçu keçmiş həyat yoldaşına aşiq olduğunu da deyib:
"Əvvəlcə nə ona, nə də uşaqlarına həqiqəti deyə bildim, çünki hələ də hər şeyi xilas edəcəyimə ümid edirdim. Amma sonra İlaridən onun haqqında soruşdum. O, əvvəlcə bunu inkar etdi. Sonra, bildiyimi başa düşdü və mənə sadəcə, həmin adamla qəhvə içmək üçün görüşdüyünü söylədi. Ona həqiqətən aşiq idim”.
Səbuhi Həsənov
Şərhlər