XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Yığmamızın yoldaşlıq görüşü keçirəcəyi rəqib müəyyənləşdi
İdman13:14 19.09.2022

Yığmamızın yoldaşlıq görüşü keçirəcəyi rəqib müəyyənləşdi

Azərbaycan və Moldova milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı AFFA və FMF arasında danışıqlar aparılıb.
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əldə olunmuş razılığa əsasən, komandalar bu il noyabrın 16-da qarşılaşacaq. Qarşılaşma Moldovanın paytaxtı Kişinyov şəhərindəki "Zimbru" stadionunda keçiriləcək.
Oyunun başlama saatı ilə bağlı məlumat veriləcək.
Səbuhi Həsənov