XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Zakir Həsənovun müavinlərinin sayı azaldıldı
Ölkə06:17 13.07.2024

Zakir Həsənovun müavinlərinin sayı azaldıldı

Müdafiə Nazirliyinin struktur bölməsinə dəyişiklik edilib. 
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, rəsmi olaraq müdafiə nazirinin müavinlərinin sayı azaldılıb. 
Belə ki, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun Komandanı vəzifəsi siyahıdan çıxarılıb. 
Müdafiə naziri, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini - Baş direktor vəzifələri isə yerində qalıb. 
Nazirlikdən faktı təsdiq ediblər.