Mikro, kiçik və orta
sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2026-cı ilin 1-ci
rüb üzrə maliyyə nəticələrini açıqlayır.
Ətraflı məlumat əldə
etmək üçün: https://bit.ly/423QT61
Bank, 2026-cı ilin
1-ci rübün nəticələrinə görə 13.0 milyon manat xalis mənfəət əldə edib. Eyni
göstərici 2025-ci ilin 1-ci rübündə 10.0 milyon manat təşkil edib. 2026-cı ilin
1-ci rüb ərzində Bankın məcmu kapitalı 2025-ci ilin sonu ilə müqayisədə 5.9% və
ya 13.8 milyon artaraq 248.2 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən
5.0 dəfə çoxdur.
Sözügedən artımın
drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı,
depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb
edilməsi qeyd oluna bilər. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
-Kredit portfeli 13.1% və ya 155.1 milyon manat
artıb və hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 341.3 milyon manat təşkil
edib.
-Kredit portfelinin 76.0%-i biznesə ayrılmış kreditlər
təşkil edir və biznes portfelinin həcmi 1 019.5 milyon manatdır.
-Depozit portfeli 3.4% və ya 36.4 milyon manat artıb
və hesabat dövrün sonuna 1096.5 milyon manat təşkil edib.
-Eyni zamanda, AccessBank cari ilin 1-ci rübündə
beynəlxalq nüfuzlu xarici kreditorlardan 46.8 milyon manat həcmində kredit cəlb
etmişdir. Bu da əhali və bizneslər üçün maliyyə əlçatanlığını təmin etməyə etibarlı
zəmin yaradır.
-Bankın aktivləri 1.8 milyard manata çatır, bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 12.4% çoxdur.
-Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə
17.8% artaraq 69.5 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 4.8
milyon artaraq 41.0 milyon manat təşkil edir.
-Əlavə olaraq, rüb ərzində qeyri-faiz gəlirləri 4.4
milyon manat olub.
-Nəticədə, Xalis əməliyyat mənfəəti 2026-cı ilin
1-ci rübündə 19.9 milyon manata çatıb.
-Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı
88.2% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.9 dəfə yüksəkdir.
AccessBank
Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları
sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü
Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər
üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar
haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın
xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng
etmək, həmçininwww.accessbank.azsaytına
və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi
Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət
göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3
ünvanında yerləşir.
Şərhlər