AccessBank Azərbaycanda sahibkarlıq və
pərakəndə bankçılıq sahəsində mövqeyini möhkəmləndirməklə yanaşı, fərdi
bankçılıq istiqamətinin inkişafında yeni mərhələyə qədəm qoyduğunu elan edir.
2023-cü ildə
istifadəyə verilmiş və fərdi bankçılıq xidmətləri təqdim edən VIP Club məhsulu
bu gündən etibarən rebrendinq edilərək "Private Banking” adı altında
fəaliyyətini davam etdirəcək.
Rebrendinq çərçivəsində
"Private Banking” konsepsiyası daha da təkmilləşdirilərək müştərilərə
fərdiləşdirilmiş yanaşma, yüksək səviyyəli xidmət və həyat tərzinə uyğun
kompleks həllər təqdim etməyə yönəlib. Yeni yanaşma müştərilərin vaxtına qənaət
edən, gündəlik prosesləri sadələşdirən və əlavə dəyər yaradan xidmət modelinə
əsaslanır.
"AccessBank olaraq
əsas prioritetimiz müştərilərimizə yalnız maliyyə xidmətləri təqdim etmək
deyil, onların gündəlik həyatını asanlaşdıran, vaxtlarına qənaət edən və real
dəyər yaradan həllər formalaşdırmaqdır. VIP Club-un "Private Banking” olaraq
rebrendinqi bu istiqamətdə atdığımız növbəti strateji addımdır. İnanırıq ki,
yenilənmiş konsepsiya ilə müştərilərimizə daha yüksək səviyyədə
fərdiləşdirilmiş xidmət və premium bankçılıq təcrübəsi təqdim edəcəyik”, - bunu
bankın İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı Renat Hümbətov deyib.
Qeyd edilib ki,
"Private Banking” artıq yalnız bank məhsulu deyil, eyni zamanda müştərilərlə
uzunmüddətli və etibarlı tərəfdaşlığa əsaslanan xidmət modelidir. Son iki il
ərzində bu yanaşma öz nəticəsini göstərib – Bankın premium müştəri seqmentində
əhəmiyyətli artım qeydə alınıb. Bu müddət ərzində müştəri bazasında böyük artım müşahidə olunub
ki, bu da təqdim olunan fərdi yanaşma və yüksək xidmət keyfiyyətinə olan
etimadın göstəricisidir.
Hazırda "Private
Banking” çərçivəsində müştərilərə depozit, kredit və investisiya həlləri ilə
yanaşı, aviabiletlərin təşkili, viza dəstəyi, sığorta xidmətləri və eksklüziv
tədbirlərə çıxış kimi qeyri-maliyyə üstünlükləri də təqdim olunur. Bu xidmətlər
müştərilərin yalnız maliyyə deyil, ümumi həyat keyfiyyətinin artırılmasına
yönəlib.
"Private Banking bizim üçün sadəcə bir xidmət modeli deyil – bu,
müştərilərimizlə qurduğumuz etibarlı və uzunmüddətli tərəfdaşlığın ifadəsidir.
Son iki il ərzində qazandığımız təcrübə göstərdi ki, fərdi yanaşma və yüksək
xidmət keyfiyyəti müştərilər tərəfindən yüksək qiymətləndirilir. Yeni mərhələdə
məqsədimiz bu yanaşmanı daha da inkişaf etdirərək, müştərilərimizə onların
həyat tərzinə uyğun, dəyər yaradan və fərq yaradan həllər təqdim etməkdir”,
deyə Private Banking məhsulunun rəhbəri Vüsalə Quliyeva bildirib.
Yeni mərhələdə Bank
premium tərəfdaş şəbəkəsinin genişləndirilməsini, müştərilərə daha çox fərdi
imtiyazların təqdim olunmasını və xidmətlərin həyat tərzi yönümlü formatda
inkişafını əsas prioritetlər kimi müəyyən edib.
AccessBank
Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları
sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda,
25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan
maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə
məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın
xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng
etmək, həmçininwww.accessbank.azsaytına
və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı
lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Şərhlər