AccessBank Azərbaycan Banklar Assosiasiyasının
təşkil etdiyi "Bankçılıq Mükafatları – 2025” tədbirində dörd nüfuzlu nominasiya
üzrə qalib seçilərək müxtəlif istiqamətlərdə mövqeyini bir daha
möhkəmləndirdi.
Bank "Korporativ Sosial Məsuliyyət”, "Maliyyə
Savadlığı Dəstəkçisi”, "Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının
artırılması sahəsində tədbirlər həyata keçirən ABA üzvü” və "Rəqəmsal ödənişlər
təhlükəsizliyinə dair maarifləndirmə layihələri” nominasiyaları üzrə mükafata
layiq görülüb.
Bu nəticə AccessBank-ın yalnız bank xidmətləri
ilə deyil, eyni zamanda cəmiyyətin inkişafına yönəlmiş təşəbbüsləri ilə
seçildiyini göstərir. Sosial məsuliyyət layihələri, maliyyə savadlılığının
artırılması istiqamətində görülən işlər, sahibkarlığın dəstəklənməsi və rəqəmsal
təhlükəsizlik sahəsində həyata keçirilən tədbirlər bankın fəaliyyətində vacib
istiqamətlər olaraq ön plana çıxır.
Əldə olunan bu uğur AccessBank-ın davamlı
inkişaf strategiyasının və məsuliyyətli yanaşmasının məntiqi nəticəsi olmaqla
yanaşı, onun ölkənin maliyyə sektorunda güclü və etibarlı mövqeyini daha da
möhkəmləndirir.
AccessBank
Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları
sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü
Bakıda, 25-i bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və MKOB-lar üçün
əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar
haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın
xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng
etmək, həmçininwww.accessbank.azsaytına
və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı
lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Şərhlər