XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Akif Çovdarov nazirliyi məhkəməyə verdi (SƏBƏB)
Ekonomiks05:40 17.06.2022

Akif Çovdarov nazirliyi məhkəməyə verdi (SƏBƏB)

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov pensiyasının bərpası üçün yenidən məhkəməyə müraciət edib. 
Qaynarinfo-nun məlumatına görə, Çovdarov Akif Teymurxan oğlu inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - pensiya təminatına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondununu məhkəməyə verib. 
İşə hakim Elvin Əliyevin sədrliyi ilə izibati mübahisələrə dair məhkəmədə baxılacaq. Məhkəmənin hazırlıq iclası 29.09.2022-ci il tarixinə təyin olunub. 
Qeyd edək ki, 2016-ci ildə MTN işi ilə əlaqədar açılan cinayət işinə görə Akif Çovdarovun pensiya və təqaüdü dayandırılıb. Akif Çovdarov 2017-ci ildə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldırıb.
Əhməd