"İnflyasiya
hazırda bütün dünyada gedən prosesdir. Xüsusən də ərzaq qıtlığı, Rusiya-Ukrayna
müharibəsi ilə bağlı və pandemiyadan sonrakı dəyər zərrində qırılmalarla bağlı
məhsulların çatışmazlığı və yaxud da gec çatdırılması səbəbindən sürətli qiymət
artımı var”.
Bunu
Qaynarinfo-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Azərbaycanda inflyasiyanın əsas səbəblərindən
danışarkən deyib. Deputat təkçə ötən il dünya bazarında ərzaqların qiymətinin
30%-dən çox artdığını bildirib:
"Yaxın
qonşu ölkələrdə inflyasiyanın səviyyəsinin bir çox hallarda 30-60% olduğunu yəqin
ki, görürsünüz. Bu bizim qonşu ölkələrimizdə də müşahidə olunur.
Dünyada gedən
proses olduğundan və Azərbaycan da dünya iqtisadiyyatının bir hissəsi
olduğundan ondan təsirlənməmək mümkün deyil. Baş verən inflyasının əsas iki
mühim səbəbi var:
1.
İdxal olunan məhsullar vasitəsi ilə artan qiymətlərin Azərbaycana daxil olması. Bizim
idxalımızın təxminən 50%-i istehlak mallarıdır. Xaricdə qiymətlərin
artırılmasına görə biz idxal etdiyimiz zaman o məhsulların Azərbaycanda qiymət
artımı ilə rastlaşırıq.
2.
Pandemiya ilə bağlı hazırda yumşalmalara getdik. Amma iqtisadiyyatın özünə gəlməsi,
yəni istahsalı bərpa olunması ilə bağlı müəyyən zaman lazım olacaq. Bu zaman ərzində
də daxildə bir çox hallarda təklifin, yəni istehsalın və xidmətin tələbi tam ödəyə
bilməməsi, yaxud ayaqlaşa bilməməsi daxildə qiymət artımına gətirib çıxardır”.
Tahir
Mirkişili bildirib ki, bütövlükdə, keçən il inflyasiyanın orta illik səviyyəsi
6,7%, amma illik səviyyələr isə bir çox hallarda 12%, bəzən ərzaq məhsullarında
17%-ə qəlib çıxıb:
"İnflyasıyanın
cilovlanması üçün bir neçə istiqamətdə iş gedir. Birincisi, cənab Prezidentin
tapşırığı ilə hokümət tərəfindən süni qiymət artımı ilə mübarizədir.
İkincisi,
onun qarşısını almaq üçün İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq metodlarla,
bir çox hallarda isə süni əngəllərin aradan qaldırılması, bir çox məhsullar üzrə
vergi və rüsumların ləvğ edilməsidir.
Bildiyimiz
kimi Azərbaycanda un və çörək məhsullarının qiymətinin qalxmaması üçün onlar
vergidən, rüsumdan, ƏDV-dən azad edilib.
Üçüncüsü,
bütövlükdə ölkədə ərzaq qıtlığı yaranmaması üçün xaricə ərzaq ixracının tənzimlənməsi
dövlətin gördüyü tədbirlərdir.
Dördüncüsü,
qiymət artımının qarşısını almaq üçün ən yaxşı yox ölkədə istehsal bolluğu
yaratmaq və ədalətli rəqabət mühitini daha da artırmaqdır.
Sahibkarlığın
inkişaf etdirilməsi, sahibkarlığa verilən dəstək proqramlarıdır ki, bunlar da
dövlət tərəfindən görülür. Rəqabətin pozulmasının qarşısını almaq üçün son
zamanlar daha sərt addımlar atılmağa başlayır. Bu kompleks tədbirlər Azərbaycanda
inflyasıyanın səviyyəsini digər ölkələrlə müqayisədə daha aşağı səviyyədə
saxlamağa imkan verir”.
Bahar
Rüstəmli
Şərhlər