"Rəsmi
rəqəmlər göstərir ki, Azərbaycanın Avropanın və eləcə də regionun enerji
təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır. 2020-ci ilin dekabrından
sonra Azərbaycan Avropaya 11 milyard kub metrdən çox mavi qaz nəql edib. Ötən
il 43.9 milyard kub metr qaz hasilat edən ölkəmizdə istehsalın bu il daha da
artacağı gözlənilir”.
Qaynarinfo
xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun
sözlərinə görə, Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın
rolunun artması ölkənin regional geo-siyasi mövqeyinin daha gücləndirir:
"Rusiyanın
Polşa və Bolqarıstana mavi qaz ixracatının məhdudlaşdırılması barədə qərarından
sonra Avropa İttifaqında enerji təhlükəsizliyi məsələsi daha da prioritetləşib.
Qədim qitə alternativ mənbələrdən qaz idxalını artırmağa çalışsa da, hələlik və
bəlli bir müddət Qazprom Avropada dominatlığını qoruyub saxlamağa çalışır. Bu
arada Azərbaycan mavi qaz hasilatını artırmaqda davam edir. Bu ilin ilk rübündə Azərbaycanda 11,8 milyard
kub metr təbii qaz hasil edilib. Qazın 3,5 milyard kub metri AÇG-dən, 6,4
milyard kub metri "Şahdəniz”dən, 1,9 milyard kub metri SOCAR üzrə hasil olunub.
Həmin dövrdə xaricə qaz satışı 5,9 milyard kub metr təşkil edib. Türkiyəyə 2,2
milyard kub metr, Avropaya 2,6 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub
metr qaz ixrac edilib. Türkiyəyə TANAP-la bu müddətdə 4 milyard kub metrdən çox
qaz nəql olunub”.
Vüqar
Bayramov bildirib ki, bu ilin birinci rübündə Azərbaycan mavi qaz hasilatı
12.0, ixracatı isə 15.3 faiz çoxalıb:
"Avropaya
qaz ixracatı isı 2.4 dəfə artıb. Belə ki, ötən ilin müvafiq dövrünə nisbətən
Türkiyəyə 3 milyard kub metr, Avropaya 1,1 milyard kub metr, Gürcüstana isə 784
milyon kub metr qaz ixrac edilmişdi. Ötən ilin birinci rübündə ölkəmizdə 10,4
milyard kub metr qaz hasil edilmişdi. Qazın 3,4 milyard kub metri AÇG-dən, 5,1
milyard kub metri "Şahdəniz” yatağından, 1,9 milyard kub metri isə SOCAR
tərəfindən hasil olunmuşdu”.
Bahar
Rüstəmli
Şərhlər