XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Azərişığ"ın Naxçıvan nümayəndəliyinin rəhbəri işdən çıxarıldı
Ekonomiks15:48 08.01.2026

"Azərişığ"ın Naxçıvan nümayəndəliyinin rəhbəri işdən çıxarıldı

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsində (RETSİ) kadr dəyişiklikləri aparılıb.
Qaynarinfo xəbər verir ki, "Azərişığ"ın sədri Vüqar Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Naxçıvan RETSİ-nin rəisi Nemət Qasımov və idarənin Satış şöbəsinin rəisi Emil Əkbərli tutduqları vəzifələrdən azad ediliblər.
Hazırda sözügedən vəzifələrə yeni təyinatlarla bağlı rəsmi məlumat verilməyib.