XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakıda fərdi evlərin bazarında durğunluq: Səbəb nədir?
Ekonomiks11:48 07.04.2026

Bakıda fərdi evlərin bazarında durğunluq: Səbəb nədir?

Bakıda fərdi yaşayış evlərinin alqı-satqı bazarında ciddi durğunluq yaranıb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev məlumat verib.
Ekspert son günlər aramsız yağan yağışlar nəticəsində bir çox fərdi evlərin su basmasının bazara mənfi təsir göstərdiyini bildirib:

"Əmlak bazarı demək olar ki, dayanıb, alqı-satqı yoxdur. Bu vəziyyət bir müddət davam edəcək”.
Elnur Fərzəliyevin sözlərinə görə, hazırda vətəndaşların əsas diqqəti su basmış evlərin bərpasına yönəlib:
"İnsanlar evlərini qurutmağa və təmizləməyə çalışırlar. Aprel ayının sonlarına doğru, yəni sular tam çəkildikdən sonra fərdi evlərlə bağlı vəziyyət daha aydın olacaq”.
Bahar Rüstəmli