Etibarlı maliyyə
tərəfdaşınız Expressbank "Klassik əmanət”
məhsulu üzrə cəlbedici imkan təklif edir.
Təklif çərçivəsində müştərilərmanat valyutasında 24 aylıq depozityerləşdirərək müddətin sonunda illik 12%
gəlir əldə edə bilərlər. 18 ay və
daha uzun müddətə yerləşdirilən əmanətlər üzrə əldə olunan faiz gəlirləri
vergidən azaddır. Bu isə müştərilərin qazancını tam şəkildə əldə etməsinə
şərait yaradır və əmanətin real gəlirliliyini artırır.
Eyni zamanda, depozit
yerləşdirmək üçün yüksək məbləğ tələb olunmur. Cəmi 500 AZN ilə əmanət hesabı açmaq mümkündür ki, bu da geniş
müştəri kütləsi üçün əlçatanlıq yaradır.
Bank sisteminə olan
etimadı gücləndirən əsas amillərdən biri də dövlət təminatıdır. Expressbankda yerləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə
uyğun olaraq sığortalanır və bu da müştərilərin vəsaitlərinin qorunmasını
təmin edir.
Bununla yanaşı, bankın beynəlxalq maliyyə institutları
tərəfindən qiymətləndirilməsi də onun dayanıqlılığını təsdiqləyir. 2025-ci
ildə Fitch Ratings agentliyi Expressbankın
uzunmüddətli kredit reytinqini "B+” səviyyəsində "Sabit” proqnozla yenidən
təsdiqləyib ki, bu da bankın etibarlılığının mühüm göstəricilərindən biri kimi
çıxış edir.
Klassik əmanət
məhsulu haqqında daha çox məlumat üçün keçid edin!
Expressbank Bakı, Sumqayıt, Gəncə,
Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkərandaolmaqla, 16
filialı ilə fəaliyyət göstərir.Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından,
132 Məlumat Mərkəzindən və ya Bankın "İnstagram”, "Facebook”, "LinkedIN”
və "Telegram” sosial
platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank” ASC ARMB tərəfindən 30
dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət
göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Təcili
kredit üçün bura keçid edin!
Şərhlər